Vizitka

Şirkətimiz reklam xarakterli vizitka və açıqcaların hazırlanması və yayılması xidmətini təklif edən şirkətdir. Bizim stendlər şəhərimizin ən gediş gəlişli və məşhur əyləncə, sağlamlıq, biznes mərkəzlərində və başqa nöqtələrində yerləşdiriləcək. Hər bir obyektdə yüksək alıcılıq qabiliyyəti və aktiv təbəqədən olan çox saylı şəxslərin olması gözlənilir.

Stendlər şəhərin ən məşhur nöqtələrində yerləşdirildiklərinə görə, hər bir müştəri girişdə və çıxışda üzərində məhsul və ya xidmət barəsində məlumat yerləşdirilən açıqcaları götürə biləcək.

Reklam yayılmasının bu növünün ən böyük üstünlüyü, açıqcaların reklamın qıcıqlandırmayan növü olmasıdır. Bu reklamın elə bir formasıdır ki müştəri özü onu seçir.Bu açıqcalara toxunmaq xoşdur, onları özündə saxlamaq və hətta kiməsə hədiyyə vermək, divardan asmaq və ya poçtla göndərmək olar.

Bu üsul hər zaman müsbət emosiyalar bəxş edən reklam daşıyıcısıdır. Ekskluziv və əlvan dizayn hər bir kəsin diqqətini cəlb edəcək, hətta əvvəl reklam edilən məhsul və ya xidmətə maraqlanmayan şəxslər də bu stendlərə diqqət yetirəcəklər.