Optimizasiya

Onlayn banner reklamları və ya display advertising (təsviri reklam) müxtəlif veb saytlarda reklam yerləşdirilməsidir. Bu reklam kiçik mətn, şəkil, interaktiv (rich media) və ya video formasında ola bilər. Onlayn banner reklamlarının əsas məqsədi ümümi reklamın verilməsi və brend mesajlarının veb sayt istifadəçilərinə çatdırılmasıdır. Bundan əlavə, onlayn banner reklamlar veb sayta isifadəçi toplamaqda, brendlərin yadda saxlanılmasında və nəticə etibarilə, onlayn və ya offlayn satışın artmasında mühüm rol oynayır.

Tri-Media reklamlarından (TV, radio, print) fərqli olaraq, siz veb saytlarda reklamlarınızı dəqiq hədəfləyə, idarə edə və ölçə bilərsiniz. Sizin onlayn reklamlar üzərində daha çox nəzarətinizin olması daha sərfəli büdcə xərclərinin yaranmasına və daha dəqiq hədəf kütləyə çatmağa kömək göstərir. Bunu nəzərə alaraq biz sizin onlayn banner reklamlarınızı aşağıdakı formalarda həyata keçiririk:

Kontekstual Reklam
Bu zaman reklam sizin xidmət və ya məhsulunuza uyğun veb saytlarda göstərilir. Məsələn, əgər siz idman paltarları və ayaqqabıları satan bir mağazanın reklamını vermək istəyirsinizsə, biz sizin reklamları yalnız idman ilə əlaqəli veb saytlarda göstəririk. Beləliklə, siz daha uyğun reklam verməklə, veb sayt isifadəçisinin diqqətini daha çox çəkmiş və onun potensial alıcı olma ehtimalını artırmış olursunuz.

İstifadəçi Profilinə Uyğun Reklam
Əgər biz dünyanın ən geniş yayılmış video portalı olan YouTube saytına başqa bir kompyuterdən və ya brauzerdən (məs. Mozilla FireFox yerinə Google Chrome) daxil olsaq görərik ki, bizim gündəlik baxmağa öyrəşdiyimiz videolar orada yoxdur. Bunun səbəbi hər bir brauzerin istifadəçinin klikləmə davranışına uyğun istifadəçi profili yaratması və bu məlumatı sözügedən veb sayta ötürməsidir. Bununla, YouTube sizə daha uyğun olan videolar toplusu yaratmağa çalışır. Eyni proses müxtəlif veb saytlarda onlayn banner reklamları zamanı da keçərlidir. Belə ki, hər bir brauzer istifadəçinin daxil olduğu veb saytlar, ayrı-ayrı səhifələrdə sərf olunun vaxtlar, apardığı axtarışlar, bəyənmələr və s. haqqında məlumat toplayır və bunu veb saytlara ötürür. Veb saytlar isə bu məlumata əsasən həmin veb saytdakı reklamlardan istifadəçiyə ən uyğun olanı seçib göstərir. Nəticə etbarilə, siz bir daha potensial müştərilərə çıxış əldə etmiş və sizin məhsulunuzla maraqlanmayan insanlara reklam verməklə əlavə xərc çəkməmiş olursunuz.

Fərdi Yerləşdirilən Banner Reklamları (Placements)
Yuxarıda qeyd edilən hədəflənən reklamlardan başqa siz hər hansı səbəbdən dolayı banner reklamlarınızı müəyyən veb saytda və ya həmin veb saytın xüsusi bir səhifəsində görmək istəyə bilərsiniz. Həmçinin biz də sizin məhsul və ya xidmətlərinizi və onlayn marketinq hədəflərinizi ətraflı analiz edəndən sonra reklamlarınızı müəyyən verbsaytlarda göstərməyinizi tövsiyə edə bilərik. Nəticə etibarilə, sizin reklamlarınızı istədiyiniz veb saytlarda yerləşdirmək mümkündür.

Gmail Reklamları
Gmail reklamları yeni yaranmağına baxmayaraq tanınmış brendlərin reklam vermək üçün seçdiyi başlıca platformalardan biridir. Bunun əsas səbəblərindən biri 350 milyondan çox aktiv Gmail istifadəçisinin olmağı, ucuz maliyyə dəyəri və inkişaf etmiş hədəfləmə potensialıdır. Bu cür onlayn banner reklamları Gmail istifadəçilərinə mail qutularının üst tərəfində məktub formasında və ya səhifənin sağ tərəfində reklam lövhəsi formasında göstərilir. İstifadəçi məktubun (reklamın) üzərinə kliklədikdə reklam lövhəsi genişlənir və burada məhsulunuz və ya xitmətiniz barədə məlumatlar, əlaqə nömrəniz və sizin veb səhifənizə keçid düyməsi olur. Habelə, istəyinizə uyğun olaraq reklamlarınız bu genişlənmədə şəkil və ya video formatında da göstərilə bilər. Gmail reklamlarının aşağıdakı hədəfləmə metodları vardır:

Domain hədəfləmə
Seçdiyiniz səhifələrdən email alan istifadəçilərə sizin reklamınızı çatdıra bilərik. Məsələn, avtomobil alqı-satqı sektorundasınızsa, avtomobil satış saytlarından mail alan istifadəçiləri hədəfləyib reklamınızı onlara çatdıracağıq.

Demoqrafik hədəfləmə
Bununla biz məhsul və ya xidmətinizə uyğun olan yaş, cinsiyyət, peşə kimi faktorları seçib reklamınızı onlara hədəfləyə bilərik.

Maraq dairələrinə görə hədəfləmə
İstifadəçilərin aldığı emaillərə görə maraqlandıqları sahəni analiz edib sizə ən uyğun kütlələrə çatmaq imkanı yaradırıq.

Açar sözə görə hədəfləmə
Birgə seçdiyimiz açar sözlərə uyğun email almış istifadəçilərə sizin reklamınızı göstərə bilərik.