Mobil Marketing

Biznesin inkişafı üçün hal-hazırda müxtəlif mobil marketinq strategiyaları mövcuddur. Strategiyanın seçimi əsasən sənaye növünə, hədəf kütləsinə və büdcəyə əsasən formalaşır.

Sizə mobil marketinq strategiyasının bir neçə növünü təqdim edirik:

Mobil əlavə  (app) marketinqi (App-based marketing) : Bu strategiya əsasən mobil əlavələri əhatə edən mobil reklamı (mobile advertising) təşkil edir. Araşdırmalara görə mobil cihazlara ayrılmış vaxtın 80 %-i mobil əlavələrə sərf olunur və bu da mobil əlavələrin necə mühüm rol oynadığının bariz nümunəsidir. Bu strategiyanı istifadə etmək üçün mütləq mobil əlavə hazırlamağa ehtiyac yoxdur. Google AdMob kimi servislər reklamçılara mobil reklamların  üçüncü şəxslərin mobil əlavələri vasitəsi ilə yaradılmasına yardımçı olur.

Facebook da həmçinin reklamçılara Facebook mobil əlavəsinə inteqrasiya edilərək reklamları qurmağa imkan verir. Facebookun mobil Promoted Post ads (Tanıtım reklam postları) Facebookun News Feed-inə elə inteqrasiya edilir ki ,  hətta istifadəçilər xəbərin əslində reklam olmasının belə fərqində olmurlar.

Oyuniçi mobil marketinq: Oyuniçi mobil marketing (aşağıda şəkildə göründüyü kimi) mobil oyunlar vasitəsilə yaranan mobil reklamlar bölümünə aiddir. Oyuniçi reklamlara banner pop-uplar, bütöv səhifəli şəkil reklamları, hətta yükləmə ekranları arasında yerləşdirilən video reklamlar formasında da rast gəlinə bilər.

QR kodlar: QR kodlar təşkil edən spesifik web-səhifəyə yönləndirilən istifadəçilər QR kodları skan edirlər. QR kodlar çox vaxtı mobil oyunlama ( gamification) ilə qoşulur və onları skan etmiş istifadəçilər hansı dovşan yuvasına düşdüklərinin çox vaxt dəqiq fərqində olmurlar.

Lokasiya marketinqi (location-based marketing): lokasiya marketinqinə aid mobil reklamlar mobil cihazlarda  spesifik sahə və ya biznesə yaxın olan istifadəçinin lokasiyasına əsaslanmış yaranan reklamlardır.  Misal üçün, bəzi reklamçılar öz mobil reklamlarının istifadəçilərin yalnız 1-2 km radiusunda olanları əhatə etməsini istəyirlər.

Mobil axtarış reklamları: Bunlar  çox vaxtı click-to-call və xəritələr (maps) kimi ekstra add-on uzadılmaları (extensions) ilə xarakterizə edilən mobil cihazlar üçün təşkil olunmuş əsaslı Google axtarış reklamlarıdır.

Mobil şəkil reklamları: Mobil cihazlar üçün dizayn edilmiş şəkillərlə əsaslanmış reklamlardır.

SMS: SMS marketinq istifadəçinin telefon nömrəsinin ələ keçirməkdən və ona məqalə şəklində təklifləri göndərməkdən ibarətdir.

Mobil Marketinq strategiyasından danışdıqsa Google Adwords-un İnkişaf Kampaniyalarını söyləməsək olmaz.

2O13-cü il, 2 İyulda Google Adwords istifadəçiləri üçün mobil reklam opsiyaları ilə klassik onlayn Adwords reklamına inteqrasiya edilmiş İnkişaf Kampaniyalarını açıqladı.

İnkişaf Kampaniyaları reklamçılara öz AdWords təkliflərini(bids)  mobil və masaüstü(desktop)  üçün ayrı-ayrı kampaniyalar etməkdənsə müxtəlif cihazlar vasitəsilə tək kampaniya ilə həyata keçirmək imkanı verir.

AdWords reklamçıları sadəcə hal-hazırda istifadə etdikləri Google axtarış reklamlarını götürərək, sonradan isə mobil cihazlar üçün tənzimləmək məqsədilə təklifəri təyin edə bilərlər. İstifadəçilər mobil cihazlar üçün təklifləri çoxaltmaq məqsədilə +20% kimi müsbət təklif tənzimləməsini və yaxud da təklifi mobil cihazlar üçün 10% azaltmaq ilə onun əksi olan -10% təklif tənzimləməsini seçə bilərlər.

 

Mobil Marketinqi reklamçılar üçün asanlaşdırmaq Google-un maraq dairəsindədir, çünki mobil reklamlardan samballı miqdarda gəlir əldə edilir.

Google-un İnkişaf Kampaniyaları reklamçılara təkiflərini cihazları, lokasiyaları və vaxtı  asanlıqla idarə etməyə imkan verir. Bəzi reklamçılar mağazalarından müəyyən məsafə aralığında olan mobil cihaz istifadəçiləri üçün daha yüksək təklif seçə bilərlər və yaxud da mağazanın yalnız açıq saatlarına təklif irəli sürə bilərlər. Bütün bunları reallaşdırmağa İnkişaf Kampaniyaları imkan yaradır.