Axtarış sistemlərində optimizasiya (SEO – Search Engine Optimization) saytınızın reytinqinin Google, Yandex, Bing kimi axtarış sistemlərində artırılması fəaliyyətidir. Bu fəaliyyət saytın daxilində və xaricində müəyyən vaxt dilimində həyata keçirilməli olan işlər toplusudur. Bizim SEO strategiyalarımız konsultativ yanaşmaya əsaslanaraq sizin hədəf auditoriyanız və marketinq məqsədlərinizə əsaslanır. Saytların yığılmasıprosesi başa çatdıqdan sonra SEO xidməti veb sayt üçün ən önəmli faktorlardan biridir.

SEO xidməti müqavilə əsasında həyata keçirilir və adətən 6 ay davam edir.  Xidmət üçün ödəniş açar sözlərinin sayına və bu açar sözləri üçün olan rəqabətə əsasən müəyyən olunur. SEO xidməti müddətinin sonunda müştəriyə vəd edilmiş nəticə yerinə yetirilməzsə, müştərinin müddət ərzində ödədiyi bütün ödənişlər geri qaytarılır və vaxt itkisinin kompensasiyası olaraq ümumi məbləğin 20%-i də müştəriyə əlavə olaraq ödənilir.

 

SEO Xidmətləri və Açar Sözləri

Axtarış sistemi marketinq xidmətlərimiz sizin hədəf kütlənizin məhsullarınızın və ya xidmətlərinizin axtarışı zamanı istifadə etdiyi açar sözləri müəyyən etməklə başlayır. Optimallaşdırma prosesinin bu mühüm mərhələsində doğru auditoriyaya çatmaq olduqca önəmlidir. Biz sizin saytınızın axtarış tezliyi və uyğunluq dərəcəsinə əsaslanan ən yaxşı açar sözlər seçməyinizə kömək edə bilərik. SEO xidmətləri zamanı kampaniyanızın ən başından seçilmiş diqqətli SEO hədəfləmə gələcəkdə daha böyük uğurlar əldə etməyinizə səbəb olacaqdır.

Rəqabət Analizi

İnternetdə kəskin rəqabət şəraitində sizinlə eyni açar sözləri hədəfləyən və potensial müştərilərinizə çatan (çatma şansı olan) çoxsaylı şirkətlər vardır. Rəqiblərinizin güclü və zəif tərəflərinin təhlili sizə müxtəlif imkanlar yarada bilər. Ona görə də, SEO prosesinin bu mərhələsində üst sıralara çatmaq və orada möhkəmlənmək üçün açar sözlər əsasında rəqib şirkətlərin analizi və strategiya seçimi son dərəcə önəmlidir.

SEO və Məzmunun İnkişafı

Məzmun strategiyası internetdə uğur üçün son dərəcə vacibdir. Axtarış sistemləri yeni və unikal mezmunu indeksləşdirir. Bununla belə, axtarış sistemləri üçün son məhsul bir tək məzmundan ibarət olmamalıdır. Yaxşı “copywriting” yalnız reytinqin yaxşılaşdırılmasına deyil, həm də ziyarətçilərinizi ödənişli müştərilərə çevirməyə kömək etməlidir. Bizim əməkdaşlarımız həm axtarış sistemləri, həm də istifadəçilər üçün aydın və optimallaşdırılmış marketinq mesajı təmin edən peşəkar və unikal məzmun yaratmaq qabiliyyətindədirlər.

Yerli SEO

Yerli və ya lokal axtarış, adətən, bir açar sözü haqqında yer təyinedicisini ehtiva edir və müəyyən ərazidə bir xidmət və ya məhsul axtaran müştərilər tərəfindən istifadə olunur. Bu cür axtarışlar yerinə yetirildikdə axtarış sistemləri tez-tez yerli siyahıların coğrafi xəritəsini çıxarır, kontaktlar və istiqamətlər haqqında mühüm məlumatlar verir. Biz bu coğrafi mərkəzli axtarışlar üçün yerli biznes siyahınızı optimallaşdırmağa kömək edə bilərik. Yerli axtarış reklamı xüsusi olaraq müəyyən bir məhsul və ya xidmət satın almaq üçün hazır olan yerli istehlakçıları hədəfləyir.

Link Yaratma

Digər saytlarda uyğun linklərin yaradılması mürəkkəb bir prosesdir. Müvafiq yüksək keyfiyyətli linklər saytın axtarış sistemlərində nə dərəcədə yüksək yer tutmasını müəyyən edəcək vacib amillərdən biridir. Digər saytlarda müvafiq linklər yaratmaq vaxt və intizam tələb edən kompleks bir prosesdir. Digər saytlarda olan yaralı linklər sizin sayta istifadəçi axını yaratmaqla yanaşı, sizin saytın axtarış sistemlərinin gözündə nüfuzunun artmasına da səbəb olur. Interactive Media olaraq saytınızın reytinqini yüksəltmək, dəyərli və düzgün linklər cəlb etmək üçün çox sayda metod və texnikalar tətbiq edirik.

Mobil SEO

Son dövrlərdə smartfonların inkişafı və təkmilləşməsi ilə mobil axtarış sistemlərinin populyarlığı artır. Mobil SEO üçün optimallaşdırma biznesiniz haqqında ən vacib məlumatların tez və asan görünməsini asanlaşdıran unikal strategiya tələb edir. Biz axtarış sistemlərinin əsas tutduğu texnoloji elementləri sizin veb saytınızın mobil səhifələrində istifadə etməklə saytınızın reytingini artırırıq.

Video SEO

Müasir axtarış mühərriki optimizasiyası sıralamalar yaratmaq və saytınıza trafik çəkmək üçün bir sıra multimedia strategiyalarını əhatə edə bilər. Bu halda axtarış qurğuları müvafiq açar sözlə bağlı video nəticələr verir. Biz sizə SEO çalışmalarınızı tamamlayan multimediya kampaniyası hazırlamağa kömək etməyi və videonuzu axtarış üçün optimallaşdırmaqla daha geniş auditoriyaya çatmaq imkanını təklif edirik.

Veb Marketinq Analitikası

Axtarış sistemlərinə dair marketinq kampaniyaları yaxından və mütəmadi olaraq təhlil edilməlidir. Hansı açar sözlərinin axtarış sistemlərində ən çox istifadə edildiyini və sizin saytınıza istifadəçilərin hansı açar sözləri ilə daxil olduqlarını müəyyən etməklə saytınızda hansı dəyişikliklərə ehtiyac olduğunu dəqiqləşdiririk. Biz analitik qurğular vasitəsilə saytınıza hansı xüsusiyyətlərə malik istifadəçilərin daha çox daxil olduğunu aşkar edirik. Buna uyğun olaraq, gələcək SEO xidmətlərinin istiqaməti müəyyənləşdirilir. Beləliklə, saytınız hədəf kütlənizə daha uyğun istifadəçilərə göstərilir.

Interactive Media təklif etdiyi xidmətlərə görə müştəriləri qarşısında tam şəkildə məsuliyyət daşıyır. SEO xidmətimiz nəticəsində razılaşdırılmış müddətin sonunda öncədən nəzərdə tutulmuş nəticəyə zəmanət verilir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *